Milli Şuranın mitinqində Kərimli və İsmayılova arasında nə baş verib? — MÜDHİŞ İDDİA
Birmənalı şəkildə demək olarki Milli Şuranın keçirdiyi mitinqin təşəbbüskarı və təşkilatçısı İran dövlətidir. Nardaran hadisələrindən sonra İranın ələ aldığı şəxslər etiraz aksiyası keçirməmişdi Bu fikirlə BAXCP-nin sədr müavini Niyaməddin Orduxanlı çıxış edib. O, qeyd edib: "Mitinqdə iştirak edənlərin böyük əksəriyyəti "mollalar" idi. Təsəvür edin, bir həftə ərzində Əli Kərimli mitinq keçirmək arsusunu reallaşdırdı. Hətta Bakı şəhər icra hakimiyyəti 9 apreldə deyil, tarixin dəyşdirilməsinə də etiraz etmədilər və razılaşdılar. Ancaq bu gün keçirilən mitinqdə nə baş verdi? Demək olar ki, çox az insan iştirak etdi. Xüsusən iştirakçılar arasında daha çox radikallar gözə çarpırdı. Bunun da nəticəsində gün boyu Əli Kərimli sosial şəbəkədə gülüş obyektinə çevrildi. Yüzlərlə insan Əli Kərimlinin keçirdiyi "429 nəfərlik" mitinqi məsxəliyə qoydu və bununla bağlı statuslar yazdı. Hətta ölkənin tanınmış jurnalistləri belə öz ironiyalarını gizlətmədilər. İndi sual olunur, Əli Kərimlinin bu mitinq şousu kim lazım idi? Azadlıq radiosunun sosial şəbəkədə canlı yayımı ilə mitinqi izləyənlərin "onlayn" sayı təxminən 1400 nəfər idi. Mitinq iştirakçılarının sayı isə 500 nəfərdən artıq deyildi. Bunlar arasında jurnalistlər, video çəkənlər, tum satanlar, mühafizəni təşkil edən polislər və 200 nəfər yaxın isə İran molla rejimin təsirində olan şəxslər idi. Demək olarki, 500 nəfərin yarıdan çoxu radikallar idi. Bu fakt sübut edir ki, Əli Kərimlinin İran molla rejimi ilə birbaşa əlaqəsi var. Bu nəticəyə gəlmək olar ki, Əli Kərimli Qənimət Zahidi boş yerə İrana göndərməyibmiş. Digər tərəfdən sosial şəbəkələrdə ən çox yazılan statuslarda onunla bağlı idi ki, Əli Kərimli 429 nəfərlik mitinqi ona görə edir ki, azı 50 nəfərə "qiyməti" 2500 dollar olan partiya arayışı satacaq. Bu da təxminən 125 000 dollar edir. Bilirsiniz ki, Əli Kərimlinin yaxın adamı olan və hal-hazrda Hollandiyada yaşayan Fikrət Hüseynli bu işlə məşğuldur. Pulun müqabilində Əli Kərimlinin partiya arayışını satır. Asan yolla Avropada yaşamaq üçün saxta partiya arayışı alan şəxslərin özlərinin veridiyi məlumata görə, bir müddət keçdikdən sonra necə aldanıldıqlarının şahidi olurlar. Bütün bunlar haqlı olaraq insanlarda o fikri formalaşdırır ki, bu mmitinq həm də birbaşa Əli Kərimlinin mühacir biznesinə xidmət etmək üçün keçirilən tədbir idi. Onu da əlavə edim ki, Xədicə İsmayıl radikal dindarlar mitinqə qatılacağı təqdirdə stadiona gəlməyəcəyini bildirib. O şərt qoymuşdu ki, İranın təsirində olan Eldəniz Quliyev mitinqin təşkilat komitəsinə salınmasın. Əli Kərimli də Xədicə İsmayılın tələbinə görə Eldəniz Quliyevi nəinki mitinqin təşkilat komitəsinə, heç tribunaya da yaxın qoymadı. Maraqlısı isə budur ki, Kərimli İsmayılovaya sağ göstərib sol vurub. Yəni E.Quliyev təşkilat komitəsində təmsil olunmasa da mitinqin əsas iştirakçıları yenə də radikallar olub. Bu isə Kərimli-İsmayılova arasında yeni qalmaqala səbəb olacaq..."