Türkiyə prezidentinin dayısı oğlu, iş adamı Mehmet Mutlu Bakıda - FOTOLAR, VİDEO

Musavat.com xəbər verir ki, Türkiyə Cümhuriyyəti prezidenti Rəcəb Tayyib Ərdoğanın dayısı oğlu, tanınmış iş adamı Mehmet Mutlu ilk dəfə Azərbaycana gəlib.

 Bu səfərdə onu professor İsmayıl Hakkı Eraslan və köməkçisi Simge Çorbaçıoğlu müşayiət edir. Qonağı Azərbaycanda qarşılayan və paytaxtımızla tanış edən "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu musavat.com -a bunları deyib: " Mehmet Mutlu unikal şəxsiyyətdir. Olduqca təvazökar, incə qəlbli və dürüst bir sımadır. Türkiyə Cümhuriyyəti prezidentinin yaxın qohumu olmasını heç bir vəchlə hiss etdirməz, bunu dilinə gətirməz, üstünlük saymaz. Bakıya gəlişi ölkəmizlə tanışlıq və buradakı biznes və digər istiqamətlərdəki mühiti öyrənməkdir. O, dünyanın bir çox ölkəsi ilə iş görən, yatırımlar yapan, buna təşviq edən miqyaslı iş adamıdır. Lakin həm də dünya malında gözü olmayan imanlı bir müsəlmandır. Hər şeyini gənc və yeni nəslin uğrunda fəda etmək kimi bir dünyagörüşünə sahibdir. Onun üçün həyatın mənası uşaqları xoşbəxt etməkdir. Bakya ilk gəlişidir. Otelə yerləşmədən "məni Şəhidlər Xiyabanına aparın", dedi.

 Orada gördükləri, seyr etdikləri və Bakının ən üst nöqtəsindən gözündən keçirtdiyi mənzərələr onu heyran etdi. Şəhidlərə dua oxudu, qəbirlərə gül qoydu, küləyin yerə saldığı gülləri ehtiramla şəhidlərin sinə daşlarına düzdü. Türk şəhidliyini də qürurla ziyarət etdi. Təsirləndi, danışdı...Əbədi məşəl önündə filmə çəkilən milli geyimdəki uşaqlarımızı görəndə isə dayanamadı. Onlarla danışdı, onların türküsünü dinlədi, foto çəkdirdi. Təkrar edirəm: Mehmet Mutluya görə, dünyanın və onun gələcəyinin mərkəz nöqtəsi cocuqlardı. Onlara münasibət dünyanın gələcəyini şəkilləndirir. Deyir ki, dövlətlər bütün gücü ilə uşaqların xoşbəxt uşaqlıq dönəmi keçirtməsini təmin etməlidir. Özü bunu edir.

 Mehmet Mutlu Türkiyə Cocuq Oyunları və Spor Kulubları Federasiyasının başqanıdır. Türkiyənin ən sayılan universitetlərindən olan İstanbul Texnik Universitetinin İdarə Heyətinin üzvüdir.

 Mutlunun ən böyük projelərindən biri Türkiyənin terror bölgəsində yaşayan uşaqların idman oyunlarına cəlb edilməsidir. Yaratdığı federasiya hər il həmin bölgələrdə gələnəksəl oyunlar üzrə yarışmalar keçirir, fərqlənənlər ölkə və xaricdə tətillərə göndərilir. Bizim qəzetə daha öncə verdiyi müsahibəsində də demişdi ki, bu yolla terror bölgəsində yaşayan uşaqların Türkiyə dövlətinə qarşı aqressiv ruhda böyüməsinin qarşısını almağa çalışır. Eyni zamanda, övladı Türkiyə dövləti tərəfindən himayə olunan kürdlərin dağa çıxmayacağına ümid edir.

 Onu Azərbaycan uşaqlarının, xüsusi ilə qaçqınların övladlarının idmana və oyunlara necə cəlb edilməsi maraqlandırır. Bu sahədə zəngin təcrübəsi var. Suriya qaçqınlarının Türkiyədəki düşərgələrində yaşayan ərəb uşaqlarla məhz onun rəhbərlik etdiyi Fedarasiya əlaqədar olur. Ümid edirəm ki, dəyərli dostumuzun Azərbaycan səfəri uğurlu nəticələr verəcək".

 Müsafirlərimizin Bakı gəzintisindən maraqlı fotolar və videolu parçalar var. Musavat.com onların bəzilərini oxucularına təqdim edir.

 

 

 

  

      

 






Fikirlər