Qış vaxtının dərdindən necə qurtulaq?
Milli.Az-a açıqlama verən Peşəkar Psixologiya Mərkəzinin Uşaq İnkişaf Klubunun direktoru və psixoloqu Tahiban Quliyeva deyib ki, saatların çəkilməsi ilə bağlı adaptasiya prosesi insanlarda fərqli gedir.
“Bəzilərində bir gün çəkir, bəzilərində həftələrlə olur bu proses. Fəsadlar böyüklərdə də, uşaqlarda da biruzə verir. Ancaq ən böyük fəsadları uşaqlar yaşayırlar. Uşaqlarda diqqət problemi yarana bilər. Məktəbə gedən uşaqlarda dərsin mənimsənilməsində problem yarana bilər. Uşaqlarda aqressivlik arta bilər”, - o əlavə edib.
Psixoloqun sözlərinə görə, böyüklərdə əzginlik, yorğunluq halları müşahidə olunur. Mütəxəssis keçid dönəmini rahat yola vermək üçün bəzi məsləhətlər də verdi:
“Həm uşaqlar, həm də böyüklər açıq havada olsunlar. Gün ərzində dincəlməyə vaxt ayırsınlar ”