Azercell-dən etiraf: “Danışıq kartları keyfiyyətsizdir” - FOTO
İnterpress.az xəbər verir ki, kartın üzərindəki qoruyucu təbəqənin silinməsi zamanı rəqəmlərin də boya ilə bərabər silinməsi abonentlərin haqlı narazılığıa səbəb olub. Problemin həlli üçün şəxsən müştəri xidmətinə müraciət edilməsinin vacibliyi isə istehlakçıların narahatlığını daha da artırır.
Məsələ ilə bağlı "Azercell"in müştəri xidmətinin baş ofisindən İnterpress.az-ın sorğusuna cavab olaraq məsələdən xəbərdar olduqları bildirilib. Eyni zamanda danışıq kartlarının keyfiyyətsiz olması da etiraf edilib. Ancaq problemin nə zaman aradan qaldırılacağı və yaranan narahatlığın aradan qaldırılması üçün görülən tədbirlər barədə məlumat verilməyib.