“Vəzifəlı şəxşlərə ciddi xəbərdarlıq olunub” - ELDAR ƏZİZOV
Səbail Rayon İcra Hakimiyyətində rayonun təsərrüfat xidmətləri, Mənzil-Kommunal Təsərrüfatı Birliyi və MKİS-lərin, qəsəbə və ərazi nümayəndəlikləri, bələdiyyələrin rəhbərlərinin iştirakı ilə geniş tərkibli müşavırə keçirilib. "AzerTaym.az" xəbər verir ki, İcra Hakimiyyətinin başçısı Eldar Əzizov çıxışında rayonda aparılan yenidənqurma işlərri haqda danışıb. Eyni zamanda rayonda baş verən neqativ hallar, o cümlədən qanunsuz torpaq zəbti və burada tikinti işləri haqda danışan icra başçısı bi halların kəskin şəkildə azaldığını, hətta tam dayandırıldığını qeyd edib: “Lakin buna baxmayaraq, sahibkarlıq fəaliyyəti ilə məşğul olan bəzi işbazlar tərəfindən qanunsuz əməllərə yol verilməsi faktları da aşkarlanmışdır. Bakı Şəhər Prokurorluğunun apardığı araşdırmalarda bu işbazların bəzi dövlət qurumları nümayəndələri ilə əlbir olaraq saxta sənədlər əsasında torpaq satışına cəhd etməsi müəyyən olunub və hazırda araşdırmalar davam edir. Bununla bağlı rayonun aidiyyəti qurumlarına bu istiqamətdə işlərin və əraziyə nəzarətin gücləndirilməsi ciddi surətdə tapşırılıb, işində nöqsanlara yol vermiş vəzifəlı şəxşlərə ciddi xəbərdarlıq olunub. İcra Hakimiyyətinə bu qanunsuz əməllərin icraçıları və onların havadarlarının adları məlumdur və yaxın günlərdə məlumat ictimaiyyətə çatdırılacaq”.Müşavirədə həmçinin ərazinin sanitar təmizliyi, payız-qış mövsümünə hazırlıq və c. məsələlər müzakirə edilib.