Deputatımızdan inanılmaz QƏHRƏMANLIQ
Azərbaycanın tanınmış operatoru Mahir Hüseynbəyli öz feysbuk hesabında Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev haqqında maraqlı paylaşım edib. Publika.az xəbər verir ki, M.Hüseynbəyli millət vəkili ilə uzun illərdir dostluqlarının olduğunu qeyd edib və illər öncə baş vermiş bir hadisəni xatırladıb: “...Bakı şəhər Ali Məhkəməsində cinayət törətmiş bir şəxsə iş kəsilir, həmən bu şəxsin qardaşı cibində gizlətdiyi əl qumbarasını çıxardıb qışqırır ki, qardaşımı azad etməsəniz, qumbaranı partladacam... heç kim yaxına gedə bilmir. Bizim federasiya rəhbərimiz və millət vəkilimiz Adil müəllim bir tanışına zəng edir ki, nəsə soruşsun, həmən adam cavab verir, deyir ki, yığılmışıq Ali Məhkəminin qabağına, burda vəziyyət bu cürdür. Adil müəllim gedəcəyi yerdən yolunu dəyişir, gedir hadisə olan yerə...
Adil (o vaxtlar cavan oğlan idi) vəziyyətin kritik olduğunu başa düşür və həmən adamı dilə tutub yaxınlaşır ona, iki əli ilə onun qumbara tutduğu əlindən sıxaraq gətirib otuzdurur maşına və aparır Qaradağ rayonu ərazisinə, bir daşın arxasında sığınacaq tapır, qumbaranı atıb zərərsizləşdirir. Çox böyük səs-küyə səbəb ola biləcək bir hadisəni beləcə ötüşdürür...” Daha sonra M.Hüseynbəyli qeyd edib ki, 30 ildən bəri A.Əliyevin yanında çalışmasının əsas səbəbi də budur. Hadisə 2004-cü ildə olub. O xatırladıb ki, A.Əliyev “İgidliyə görə” medalına da bu səbəbdən layiq görülüb.