Azərbaycanda əmək qabiliyyətli əhalinin 32 faizinin ixtisası var".
AzerTaym Report-a istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov "Azərbaycanda işçi qüvvəsinin inkişaf etdirilməsi məqsədi ilə peşə standartlarından, istifadə olunması" adlı tədbirdə deyib.
O bildirib ki, işsiz və işaxtaran şəxslərin peşə ixtisas təhsilinin və əmək vəzifələrinin müasir əmək bazarının tələblərinə cavab verməməsi hazırda mövcud olan işsizlik probleminin əsas səbəblərindən biridir: "Mövcud olan bir çox peşələrin məzmununun köhnəlməsi də işsizliyə səbəb olur. Peşə standartı işçinin işə qəbul və karyera yüksəlişi planlaşdırılmasında, işəgötürənlərin tələblərinə cavab verməkdə, kadr potensialının formalaşdırılmasında, işsiz və işaxtaran vətəndaşların məşğulluğunun təmin olunmasında əsas alət rolunu oynayır".
Fikirlər