Prezident icra başçısı ilə bağlı sərəncam verdi
Prezident İlham Əliyev Alı Nuşrəvan oğlu Alıyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
"AzerTaym.az"-ın ”Qafqazinfo”-ya istinadən məlumatına görə, sərəncamda qeyd olunur ki,
Alı Alıyev Azərbaycanın ictimai-siyasi həyatında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilsin.
Qeyd edək ki, A. Alıyev Füzuli rayonu İcra Hakimiyyətinin başçısıdır.