Nazir baş redaktorlarla görüşməkdən imtina etdi – FOTO

Nazir baş redaktorlarla görüşməkdən imtina etdi – FOTOTəhsil Nazirliyində xoşagəlməz hadisə baş verib. AzNews.az xəbər verir ki, Təhsil naziri Mikayıl Cabbarov Mətbuat Xidməti vasitəsi ilə bir neçə baş redaktoru görüşə çağırıb, sonra isə onlarla görüşməkdən imtina edib.

Bu hadisə baş redaktorların təəccübünə səbəb olsa da, onlar Təhsil Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Cəsarət Valehovun təşkil etdiyi dəyirmi masadan imtina etməyiblər.

Nazirliyinin sözçüsü Cəsarət Valehov hər kəsi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edib və mətbuatla işgüzar əlaqələrindən məmnunluq ifadə edib.

Sonda tədbir iştirakçılarına Təhsil Nazirliyinin hazırladığı hədiyyələr paylanıb.

Tədbirdən sonra baş redaktorların görüşdən narazı qaldıqlarını müxtəlif formalarda ifadə ediblər.

Qeyd edək ki, tədbirdə "Lent.az" saytının baş redaktoru Qabil Abbasoğlu, "Axar.az" saytının baş redaktoru Anar Niftəliyev, "Modern.az" saytının baş redaktoru Elşad Eyvazlı, “Qafqazinfo.az” saytının baş redaktoru Elbrus Ərud, "Publika.az" saytının baş redaktoru Amil Hacıyev, "Report" agentliyinin baş redaktoru Murad Əliyev, "Anspress.com" saytının redaktoru Azad Əliyev, "Azpolitika.az" saytının baş redaktoru Elnur Məhərrəmov, Lider TV-nin Xəbərlər Xidmətinin rəis müavini Günel Gözəlova, APA TV-nin redaktoru Vüqar Hüseynov və digər media rəhbərləri, o cümlədən təhsil ekspertləri iştirak ediblər.


Nazir baş redaktorlarla görüşməkdən imtina etdi – FOTO






Fikirlər