Mərkəzi Klinikanın sabiq direktoruna yeni VƏZİFƏ VERİLDİ
Bakı Sağlamlıq Mərkəzinin (BSM) rəhbərliyində təyinat olub.
AzerTaym report-a istinadən xəbər verir ki, BSM-in icraçı direktoru vəzifəsinə Mərkəzi Klinik Xəstəxananın sabiq direktoru, türkiyəli Melikşah Acuner təyin edilib.
BSM-in baş həkimi Hikmət Həsənov məlumatı təsdiqləyib. Hikmət Həsənov onu da qeyd edib ki, BSM İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının elmi-praktik bazası rolunu oynayacaq:
"BSM bundan sonra publik hüquqi şəxs statusu almış tibb ocağı kimi fəaliyyətini davam etdirəcək. Bu səbəbdən Mərkəzdə bu günə kimi olmayan yeni şöbələr açılacaq”.