Vergilər nazirinə yeni müşavir TƏYİN OLUNDU
Camal Qasımov Azərbaycan vergilər nazirinin müşaviri təyin olunub. Bu barədə Trend-ə hökumətdəki mənbə məlumat verib. Daha əvvəl C.Qasımov Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini vəzifəsində işləyib. Mənbənin məlumatına görə, nazirlikdə yaxın zamanlarda yeni kadr dəyişiklikləri istisna olunmur.