"Baş həkim iş başındadı və hal-hazırda əməliyyatdadır"

"Baş həkim iş başındadı və hal-hazırda əməliyyatdadır" Bu gün səhər saatlarında yerli xəbər portallarından birində Sabunçu rayonu 2 saylı Doğum Evinin Baş həkimi Mehriban Abasquliyevanın işdən çıxma xəbəri və ardınca da yen təyinatla bağlı məlumat yayıldı.

İnformasiyanı dəqiqləşdirilmədən xəbər kimi dərc edən bəzi yerli elektron kütləvi informasiya orqanlarında da məlumat yayıldıqdan bir qədər sonra Səhiyyə Nazirliyindən bu barədə açıqlama gəldi.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli mövzu ilə bağlı əməkdaşımıza bildirdi ki,:"Tamamilə kökündən yanlış,əsassız informasiyadır və baş həkimin işdən çıxarılması xəbəri təbii ki.həqiqətə uyğun olmayan məlumatdır.Ümumiyyətlə bu barədə informasiyanı indi sizdən eşidirəm.Sözsüz ki,araşdırma aparıb daha ətraflı açıqlama verəcəyik."

"Baş həkim iş başındadı və hal-hazırda əməliyyatdadır" Əməkdaşımız sözü gedən informasiya ilə bağlı 2 saylı Doğum Evi ilə əlaqə saxlayıb.Xəstəxanadan verilən məlumata görə: "Hal hazırda Baş həkim iş başındadır,heç bir işdən azad olunmaqdan söhbət belə gedə bilməz və heç bir yeni təyinat da olmayıb.Hətta O,indi bu dəqiqələrdə əməlyyatda iştirak edir.Maraqlananlar buyurub gəlib baxa bilərlər.Bu bəzi sarı mətbuatın, xüsusəndə yeni təsis olunan və hər hansı bir olmayan hadisəni özdərindən uyduraraq "populyarlaşmaq" xəstəliyinə tutulmuş tanınmayan "xəbər saytlarından birinin məhsuludur".Bu barədə bildiririk ki, rəhbərlik özü ölçü götürmək üçün Baş Prokurorluq və Səhiyyə Nazirliyinin müvafiq qurumlarına müraciət də edibdir."

Qeyd edək Ki.mətbuat və söz azadlığı hər bir KİV orqanının müstəsna səlahiyyətidir,ancaq məlumatı ilk mənbədən aldıqdan sonra onu dəqiqləşdirmək isə birbaşa onun peşə borcudur.







Fikirlər