CƏZAları SƏRTLƏŞDİRMƏKLƏ yol qəzalarını azaltmaq OLARMI... ?!

Demək olar ki, hər gün yol qəzalarında həyatını itirənlər barədə məlumatlar alırıq. Bu qəzalar müxtəlif səbəblərdən baş verir. Bəzən sürücü ehtiyatsızlığı, bəzən də piyada məsuliyyətsizliyi ölüm hallarına səbəb olur.

Bəs belə halların qarşısını cəzaları sərtləşdirməklə almaq olarmı?

"AzerTaym.az" bildirir ki, Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyev bu barədə Modern.az-a açıqlamasında qeyd edib ki, indiki halda  inzibati cəzanı gücləndirməyə ehtiyac yoxdur.

Çünki sürücülərin törətdikləri qəzalara görə inzibatı məsuliyyət Avropa dövlətlərində olan cəzalara uyğundur. Ola bilər ki, bir neçə növ üzrə inzibati məsuliyyətin artırılmasına ehtiyac var. 
Sürücülər bunu dərk etməlidirlər ki, onların etdikləri kiçik bir yanlışlıq kiminsə həyatını itirməsinə səbəb ola bilər. Əvvəlki illərə nisbətən qəzaların sayında azalma var, amma təəssüflə qeyd etmək lazımdır ki, qəzalarda ölənlərin sayında azalma çox azdır”.

K.Əliyevin sözlərinə görə, insan ölümü ilə nəticələnən qəzalarda günahın hər zaman sürücüdə olmağını demək də düzgün deyil.

Bəzən piyadaların yolun müəyyən olunmayan hissəsindən keçməsi qəzalara səbəb olur. İnsanlar başa düşməlidir ki, onlar qayda pozaraq həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atırlar. Düşünürəm ki, belə halların qarşısını almaq üçün cəzaları artırmaq lazımdır. Bununla yanaşı, iş yerlərində, təhsil müəssisələrində yol hərəkəti  təhlükəsizliyi ilə bağlı təbliğat işləri görülməlidir.  Yol polisi əməkdaşları yollarda təhlükəsizliyi təmin etmək üçün işlər görür, amma bu məsələni təkcə polisin üzərinə atmaq da düzgün deyil. . Düşünürəm ki, belə halların qarşısını almaq üçün cəzalar artırmaq lazımdır. Bununla yanaşı, iş yerlərində, təhsil müəssisələrində  yol hərəkəti  təhlükəsizliyi ilə bağlı təbliğat işləri görülməlidir”. 






Fikirlər