Vasilyev: Azərbaycanlı AŞPAZLA BAŞ NAZİRİ dəyişdik - VİDEO

Tatarıstan Prezidenti Rüstəm Minnixanov bir müddət öncə Dağıstana səfər edərkən Dərbənddə də olub.

Axar.az xəbər verir ki, Minnixanov Dərbənddəki restoranların birində Dağıstan rəhbərinin səlahiyyətlərinin müvəqqəti icraçısı Vladimir Vasilyevlə nahar edib. Nahar zamanı Minnixanova təqdim edilən yeməklərin onun çox xoşuna gəldiyinə görə, o, Vasilyevlə “gizli razılaşma” bağlayıb.

Belə ki, “gizli razılaşma”nın nə olduğunu Vasilyev dünən parlamentdə çıxışı zamanı dilə gətirib:

Dərbənddəki nahardan sonra Minnixanov məndən xahiş etdi ki, aşpazı bir həftəlik ona göndərək ki, öz aşbazlarına yaxşı yemək bişirməyi öyrətsin. Biz razılaşdıq. Yəni biz aşpazı veririk, əvəzində baş nazir alırıq”.

Axar.az Minnixanovu öz yeməkləri ilə heyran edən aşpazın kim olduğunu öyrənə bilib. Belə ki, bu aşpaz əslən azərbaycanlı olan Arif Vəlicanovdur.

Məsələ ilə bağlı saytımıza danışan "Dərbənd" qəzetinin jurnalisti, yerli Azərbaycan Milli Mədəni Muxtariyyətinin rəhbərlərindən biri Telman Tahirli Arif Vəlicanovun əslində Azərbaycan Respublikasından olduğunu deyib:

Minnixanov üç gün öncə Dərbənddə oldu. Şəhər Minnixanovun çox xoşuna gəldi. Onlar Dərbənddə “Xəyal” restoranında nahar etdilər. Burada hazırlanan yeməklər Minnixanovun çox xoşuna gəldi. Əslində bu yeməkləri hazırlayan aşpaz Azərbaycandan, daha dəqiq desək, Dəvəçi rayonundandır. O, hazırda bu restoranda aşpaz kimi çalışır”.

Qeyd edək ki, dağıstan parlamenti Tatarıstanın İqtisadiyyat naziri Artyom Zdunovu baş nazir postuna təsdiqləyib.

Arif Vəlicanovun görüntülərini təqdim edirik:






Fikirlər