2016-cı ildə 64 yaşlı misirli iş adamı, milyarder Ossama Fathi Rabah Al-Sharifə ərə gedən 28 yaşlı moldovalı model Kseniya Delinin İnstaqramda lüks həyatından paylaşımları böyük marağa səbəb olur.
AzerTaym.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, özündən 36 yaş böyük kişiyə ərə gedəndən sonra daima diqqət mərkəzində olan model qatıldığı çəkilişlərin kameraarxası görüntüləri ilə birlikdə əri ilə gəzdiyi ölkələrdən, lüks villalarındakı yaşam tərzlərini əks etdirən şəkillər paylaşır.
Atası türk, anası moldovalı olan model ötən il Bakı ermənisinə 1 milyon rubl yardım etməyi ilə də gündəmdə olub. Belə ki, 69 yaşlı Mixail Qariyan Dağlıq Qarabağ münaqişəsi zamanı 1989-cu ildə Bakıdan qaçaraq Rusiyanın Krasnodar diyarına köçüb.
O vaxtdan "Krasnodar” futbol klubuna azarkeşlik edən Bakı ermənisinin evi olmayıb. O, hər dəfə bir dostugildə qalıb və bazarda müxtəlif məhsullar satmaqla məşğul olub.
2016-cı ildə onun dostları da dünyasını dəyişir və Qariyan tamamilə evsiz qalır. Bunu eşidən gənclər "Mişa dayı üçün ev” aksiyasına başlayıb.
Aksiyadan xəbər tutan Deli kampaniyaya qoşularaq Qariyana 1 milyon rubl hədiyyə edib.