AZƏRBAYCANDA xayaları olmayan UŞAQ DOĞULDU

Azərbaycanda xayaları yerində olmayan uşaq doğulub. 

Bununla bağlı Ailem.az-a tanınmış uroloq-cərrah Fuad Hüseynov məlumat verib. O bildirib ki, uşaq başqa klinikada doğulub, sonra valideynləri onu müalicə üçün Mərkəzi Klinik Xəstəxanaya gətiriblər: “Valideynləri gözləri yaşlı ilk doğulduğu gün həyəcanla oğlumuzun hər iki xayası yoxdur deyib, bizə müraciət etdilər. Müayinə nəticəsində hər iki xayası xayalıqda və qasıq kanalında tapılmadı. Ailəsi övladının gələcəyi ilə bağlı çox narahat olsa da, sonrakı müayinələr bizə və onlara bir az ümid oldu. Hər iki xaya qarın boşluğunda, qasıq kanalının girəcəyində yerləşirmiş”.

F. Hüseynov deyir ki, körpə əməliyyat olunub, problem aradan qaldırılıb. Hazırda uşaq 1 yaş 3 aylıqdır, hər iki xayası xayalıqdadır, hətta sünnət də olunub.

Uşaq gələcəkdə ata ola biləcəkmi sualını cavablandıran cərrahın sözlərinə görə, xayalarının ölçüsü normal olduğu və əməliyyatları gecikdirilmədiyi üçün ata olması üçün problem yoxdur.






Fikirlər