İCRA HAKİMİYYƏTİNİN nümayəndə heyəti Türkiyədə AÇILIŞA QATILIB

İcra hakimiyyətinin nümayəndə heyəti Türkiyədə açılışa qatılıb

Xocalı faciəsinə həsr edilmiş tədbirlər çərçivəsində Türkiyənin ən böyük vilayətlərindən biri olan Kocaelinin Körfez bələdiyyəsi ərazisində  Xocalı parkının və Xocalı soyqırımı abidəsinin açılış mərasimi keçirilib. 

“AzerTaym” xəbər verir ki, açılışda Nəsimi Rayon İH-nin nümayəndə heyəti də iştirak edib. Səfər çərçivəsində Türkiyədə olan nümayəndə heyətinin  Kocaeli Böyükşəhər Bələdiyyəsinin sədri İbrahim Karaosmanoğlu ilə görüşü keçirilib.  Görüşdə İ.Karaosmanoğlu bildirib ki, ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi cinayət rəsmi sənədlərdə və fotolarda öz əksini tapıb. 

İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva  Kocaeli vilayətinin Körfəz bələdiyyəsi  ərazisində  şəhidlərin xatirəsinə ucaldılan abidə ilə bağlı bələdiyyə sədri İbrahim Karaosmanoğluna minnətdarlığını bildirib. Gülarə Verdiyeva  həmçinin erməni terrorçularının törətdiyi qanlı hadisə ilə bağlı türkiyəli rəsmilərə geniş məlumat verib. 

Tədbirdə iştirak edən digər rəsmilər  də çıxış edərək dünya ictimaiyyəti tərəfindən Xocalı soyqırımının tanınması istiqamətində müvafiq tədbirlərin davam etdirilməsini  vacibliyini qeyd ediblər. 

 

 






Fikirlər