Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2018-ci ilin mart ayı üzrə analiz işini yekunlaşdırıb.
“A24.az” Media Təqib Mərkəzinə istinadən dövlət komitələri ilə bağlı mart ayı üzrə məlumatları təqdim edir:
2018-ci ilin mart ayında elektron mətbuatda, yəni sayt və portallarda komitələrlə əlaqəli 5605 xəbər yerləşdirilib. Bunlardan 411-i müsbət, 12-si mənfi və 5182-si isə neytral xəbərlərdir.
Müsbət xəbərlər Dövlət Gömrük Komitəsi (400 xəbər – gömrükdən icazəsiz məhsulların keçirilməsinin qarşısının alınması) və Diasporla İş üzrə Dövlət Komitəsinə (11 xəbər – Rusiyada azərbaycanlı diaspor rəhbəri təltif edilib) məxsusdur.
Mənfi xəbərlər isə Dövlət Gömrük Komitəsi (8 xəbər – Aydın Əliyevin komitəsində milyonluq yeyinti) və Əmlak Məsələləri Dövlət Komitəsinə (4 xəbər – Kərəm Həsənovun xəyanət və imperatorluq tarixçəsi) aiddir.
Xəbər sayına görə sıralama:
1 |
Dövlət Gömrük Komitəsi |
1674 xəbər |
2 |
Diasporla İş üzrə Dövlət Komitəsi |
798 xəbər |
3 |
Dövlət Statistika Komitəsi |
770 xəbər |
4 |
Əmlak Məsələləri Dövlət Komitəsi |
670 xəbər |
5 |
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi |
587 xəbər |
6 |
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi |
404 xəbər |
7 |
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi |
280 xəbər |
8 |
Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi |
260 xəbər |
9 |
Şəhərsalma və Arxitektura Komitəsi |
135 xəbər |
10 |
Torpaq və Xəritəçəkmə Komitəsi |
16 xəbər |
Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 1021 xəbər dərc edilib. Bu xəbərlərdən 982-si neytral, 39-u isə müsbətdir. Müsbət xəbərlər Dövlət Gömrük Komitəsinə (39 xəbər – gömrükdən icazəsiz məhsulların keçirilməsinin qarşısının alınması) məxsusdur. Mart ayında bu sektorla bağlı yazılı mətbuatda mənfi xəbər dərc olunmayıb.
Xəbər sayına görə sıralama:
1 |
Dövlət Gömrük Komitəsi |
228 xəbər |
2 |
Dövlət Statistika Komitəsi |
179 xəbər |
3 |
Əmlak Məsələləri Dövlət Komitəsi |
159 xəbər |
4 |
Diasporla İş üzrə Dövlət Komitəsi |
146 xəbər |
5 |
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi |
102 xəbər |
6 |
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi |
100 xəbər |
7 |
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi |
48 xəbər |
8 |
Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi |
45 xəbər |
9 |
Şəhərsalma və Arxitektura Komitəsi |
9 xəbər |
10 |
Torpaq və Xəritəçəkmə Komitəsi |
3 xəbər |
Mart ayında televiziya kanallarında komitələr haqqında 616 xəbər göstərilib.
Xəbər sayına görə sıralama:
1 |
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi |
135 xəbər |
2 |
Dövlət Gömrük Komitəsi |
129 xəbər |
3 |
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi |
83 xəbər |
4 |
Dövlət Statistika Komitəsi |
78 xəbər |
5 |
Diasporla İş üzrə Dövlət Komitəsi |
76 xəbər |
6 |
Əmlak Məsələləri Dövlət Komitəsi |
58 xəbər |
7 |
Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi |
37 xəbər |
8 |
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi |
18 xəbər |
9 |
Şəhərsalma və Arxitektura Komitəsi |
2 xəbər |
Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1600 sayt (o cümlədən, 500 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.
Əlaqə:
+994 12 409 90 09
+994 51 408 08 88
+994 12 408 08 88
[email protected]