“O MƏMURLAR hələ də SUSURLAR. NİYƏ?!” - ADİL Əliyevdən İTTİHAMLAR

Millət vəkili, Azərbaycan Kikboksink Federasiyasının prezidenti Adil Əliyev Almaniyanın Kölün şəhərində keçirdiyi məlum konfrans və ondan sonra hücuma və təhqirlərə məruz qalması barədə məlumat vermişdik.

Deputat artıq Azərbaycana qayıdıb və hadisələrlə bağlı məqalə yazıb.

Məqalədə səfərin bəzi detallarına toxunub, haqqında yayılan şayiələrə cavab verib. Ən vacibi isə bəzi hökumət və Milli Məclis üzvlərinə qarşı bir sıra ittihamlar irəli sürüb. Mövzunun aktuallığını nəzərə alaraq, BakuPost həmin yazını olduğu kimi təqdim edir: 

MÖVQE BİLDİRİN! NƏYİ GÖZLƏYİRSİNİZ?
Dostlar artıq vətəndəyəm. Bunu həm də ona görə yazıram ki, günlərdir mənimlə mübarizə aparmağa çalışan, daha doğrusu dillərindən söyüş və təhqir düşməyən müxtəlif radikal qüvvələr guya, mənim Almaniyada polisə çağrıldığımı iddia edirlər. Başqa bir yalanları da odur ki, guya, məni polis məntəqəsində bir neçə saatlığına saxlayaraq 100 min avro cərimə yazıblar. Deməli, bunlar bir yalan quraşdırırlar, sonra həmin yalana müxtəlif yalanlar qoşurlar və ardı-arası kəsilmir. 
Kölndəki tədbirdən sonra nə polisdə olmuşam, aydındır ki, olmadığım yerdə də mənə qarşı "100 min avroluq” cərimə barədə iddia qaldıra bilməzdilər. Ancaq bunlara heç nə təsir etmir, tutduqları yalanı buraxmırlar, özü də yuvarlaq rəqəmlərdən yapışıblar, yazırdılar ki, guya, Köldəki tədbir üçün 80 min avro xərcləmişəm. Yalandır! Otel zalının 3 saatlıq icarəsinə cəmi 1400 avro ödənib, çeki də var, göstərirəm, yenə yalanlarını təkrar edirlər, "80 min avro” deyib tutular. Türkləruin yaxşı bir sözü var, deyir ki, çamur at yapşmasa da izi kalsın. İndi bunlar çamur, yəni palçıq atmaqla məşğuldurlar, palçıq bizə nə yapışar, nə də izi qalar! Bunlara nəsə anlatmağın xeyri yoxdur, bağırtıları, söyüşləri, yalanları və iftiraları özlərinə qalacaq.
İndi məni onların bu uydurmaları, çamırları ilgiləndirmir, başqa məsələ də narahat edir. Bu gün Milli Məclisin iclasında həmkarım Siyavuş Novruzov mənim təşəbbüsümlə Kölndə keçirilən tədbiri pozmaq istəyən qüvvələr barədə bunları deyib: "Bu insanlara azərbaycanlı demək mümkün deyil. Onlar Azərbaycanı, xalqı, milləti təhqir edirlər. Səfirliyimiz Azərbaycanın orada bir parçasıdır, bizim səfirliyimizi təhqir edirlər. Azərbaycanlı olan torpağını, ordusunu təhqir etməz, ona qarşı bu şəkildə müxaliflik etməz. Eyni zamanda buna qarşı susan bəzi şəxsləri də başa düşmürəm. Avropadan Azərbaycana qarşı təhqirlərlə bağlı bağıranlara qarşı niyə susursunuz? Burada təriflə bağlı mövzu olsaydı, növbə əlindən mənə çıxış çatmazdı. Səsiniz çıxarın, mövqeyinizi bildirin!”.
Bu fikirlə tam razıyam. Təxribatçılar hələ aylar əvvəl dövlətimizi, millətimizi və prezidentimizi təhqir etməyə başladıqda, Avropada təhqiredici şəkillər yapışdırmağa başladıqda sosial şəbəkələr üzərindən onlarla savaşa başaldım. Birini dedilər, üçünü dedim, beşini yazdılar, ondan ikiqatını yazdım, onlar təhqirə keçdilər, mən etik çərçivədə onların cavabını verdim. Ancaq elə o zaman bu mübarizədə kifayət qədər dəstək hiss etmədim. Susanların əvəzinə də mən cavab verirdim. Bəli, daha sonra dövlət səviyyəsində bu məsələ diqqətə alındı, konfrans və seminarlar keçirildi, məhz bundan sonra söyüş söyənlərə cavab verilməyə başlandı. Elə o zaman məni bu sual düşündürürdü: Kimi və nəyi gözləyridiniz? Bayrağımıza, dövlətimizə, millətimizə və prezidentimizə yönələn təhqirləri cavablandırmaq üçün xüsusi təlimat lazım idi, yoxsa bunun üçün xüsusi konfrans keçirilməli idi? 
Düşünürdüm ki, bəlkə indi söyüş qrupuna qarşı təbliğat güclənə. Axı bu çirkin kampaniya sabitliyimizə, gələcəyimizə, qazandığımız uğurlara təhlükədir. Ancaq təəssüf ki, bəziləri yenə gözləmə mövqeyindədirlər, Kölndəki tədbirdən sonra anladım ki, yenə də yuxarıdan əmr və təlimat gözləyənlər var. Kölndəki tədbirə diplomatlarımızın və diaspora işinə məsul olanların qatılmasını arzulayırdım. Bu olmadı. Üstəlik indinin özündə Qərb ölkələrdə sığınacaq tapan məlum qrupların və onların arxasında dayanan mərkəzlərin hücumuna məruz qalmışam, ancaq yenə də təkbaşına və yaxın dostlarımla mübarizə aparmaq, onlara cavab vermək məcburiyyətindəyəm. 
Sosial şəbəkələri söyüş qrupunun və onların arxasındakı gizli qrupların alətinə çevrilməsinə imkan verməməliyik. Bu təhlükəsizlik probleminə çevrilir, dövlətin müvafiq orqanları təbliğat işini gücləndirməlidirlər, ancaq bu tək mənim və yaxın dostlarımın problemi olmamalıdır, deputat həmkarım demişkən, tərif demək üçün növbəyə düzülənlərin çoxunu mən söyüşçül qrupla mübarizədə görmürəm. Mərhum prezidentimiz, ümumilli liderimiz Heydər Əliyev də hər zaman deyərdi: "Mövqe bildirin!”. Bu şüar bu gün də aktuallığını itirməyib!
AzerTaym.az






Fikirlər