Böhran hacı İbrahimi də "vurdu"
Bakıda dəniz içərisində "Xəzər adaları” layihəsini həyata keçirən "Avesta Consern” işçilərinə maaş verə bilmir.
Şirkətin əməkdaşlarının "Marja”ya verdikləri məlumata görə, Şirkət sonuncu dəfə ötən ilin Dekabr ayında əməkhaqqı verib. İki aydan çoxdur əmək haqqı almayan işçilər çətin vəziyyətdədirlər. Bu səbəbdən, bir neçə işçi öz istəyi ilə işini tərk edib. Şirkətin işçilərinin sözlərinə görə, işlərin dayanmaması üçün yalnız torpaq daşıyan sürücülərin maaşları verilib. Şirkətdən işçilərə bildiriblər ki, iqtisadi vəziyyət ilə bağlı olaraq banklar şirkətə pul ayırmadığından əmək haqları ödənilə bilinmir.
Məsələ ilə əlaqədar olaraq "Avesta Concern”nə sorğu göndərmişik. Şirkətin mövqeyini təqdim etdiyi halda əlavə edəcəyik. ( Yeni Zaman)