ZAKİR HƏSƏNOVDAN SEÇKİ AÇIQLAMASI

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov aprelin 11-də ölkəmizdə keçirilən Prezident seçkilərinin uğurla başa çatması və  İlham Əliyevin növbəti dəfə inamlı qələbə qazanaraq Azərbaycan Respublikasının prezidenti vəzifəsinə yenidən seçilməsi münasibəti ilə Ordumuzun şəxsi heyətini təbrik edib.

Müdafiə naziri bildirib ki, Azərbaycan Ordusunun şəxsi heyəti seçkilərin səsverməsi prosesində böyük ruh yüksəkliyi ilə iştirak edib, ölkəmizin təhlükəsizliyi və demokratik inkişafı naminə doğru seçim edərək ən layiqli namizədə səs verib.
General-polkovnik Zakir Həsənov bir daha əmin edib ki, Azərbaycan Ordusunun şəxsi heyəti Vətənimizin keşiyində ayıq-sayıq dayanıb, torpaqlarımızın azad edilməsi və ərazi bütövlüyümüzün təmin olunması məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanının hər bir əmrinin icrasına hazırdır və qadirdir.

AzerTaym.az






Fikirlər