Vergilər Nazirliyində növbəti kütləvi ixtisar həyata keçirilib.
AzerTaym.az-a daxil olan xəbərər görə, nazir Mikayıl Cabbarov növbəti dəfə kütləvi işdənçıxarma ilə bağlı əmr imzalayıb.
Belə ki, bu dəfə də ixtisarlara düşənlər Vergilər Nazirliyinin nəzdində büdcədənkənar fond hesablı müfəttişlər oldu.
Məlumat üçün bildirək ki, bir müddət öncə də 20-yə yaxın vergi müfəttişinin işdən kənarlaşdırılması ilə bağlı məlumat vermişdirk. Bu işdən çıxarmaların seçkidən sonra da davam edəcəyini nəzərər çatdırmışdıq.
Saytımıza daxil olan məlumata görə. M.Cabbarov seçkidən sonra analoji əmr verərək hər idarədə 5-6 nəfər olmaqla, ümumilikdə 20-dən çox büdcədənkənar fond hesablı müfəttişləri işdən çıxarıb. O da bildirilir ki, Mikayıl Cabbarov büdcədənkənar fond hesablı müfəttişləri nazirlik sistemindən tamamilə uzaqlaşdırmaq istəyir. Yəqin ki, böyük səs-küy olmaması üçün bu sistemi birfələlik deyil, mərhələli şəkildə ləğv edəcək.
Bir daha xatırladaq ki, Mikayıl Cabbarov vergilər naziri təyin olunandan sonra qısa müddət ərzində qurumda mühüm dəyişikliklər etdi. Xüsusən də sabiq nazir Fazil Məmmədova yaxın bütün yüksək rütbəli məmurları nazirlikdən kənarlaşdırdı.
Görünən odur ki, nazir bu prosesi davam etdirmək niyyətindədir.