İCRA BAŞCISI İKİ MÜAVİNİ işdən çıxardı - Yeni TƏYİNATLAR
Cəlilabad rayonu İcra Hakimiyyətinin yeni başçısı Natiq Zeynalov kadr dəyişikliyi edib. AzerTaym.az saytının məlumatına görə, icra başçısı iki müavinini işdən çıxarıb. Belə ki, Vidadi Dövlətov başçının birinci müavini postundan, Ziyafət Şahmarov isə başçının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsindən azad edilib.
Yeni başçısı Natiq Zeynalov dünən həmin vəzifələrə öz kadrlarının təyinatını da gerçəkləşdirib.
Başçının birinci müavini vəzifəsinə Mansur Məmmədov, başçının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri postuna Alıcı Dilavərov gətirilib.
Kadr dəyişikliyini Cəlilabad rayonu İcra Hakimiyyətindən təsdiqləyiblər.
Xatırladaq ki, Natiq Zeynalov ölkə başçısının 6 fevral 2018-ci il tarixli sərəncamı ilə Cəlilabad rayonu İcra Hakimiyyətinin başçısı təyin edilib.