Abidin Fərzəliyev Uşaq Əyləncə Mərkəzini satıb – İDDİA
İcra başçısı uşaq əyləncə mərkəzinin yerini sataraq çayxana çevrilib.
Məlumatda bildirilir ki, metronun “Gənclik” stansiyası qarşısındakı Atatürk parkı ərazisində uşaq əyləncə mərkəzi tikilməsi nəzərdə tutulub. Bu layihəni xarici bir şirkətin həyata keçirməsi razılaşdırılıb. Amma şirkətin ərazisi zəbt olunub.
Bu massivdə çayxana fəaliyyətə başlayıb. Rayon rəhbərliyi isə şirkətə ayrılan torpa sahəsinin zəbt olunmasını araşdırılması üçün göstəriş vermək əvəzinə çayxana sahibini himayə edir. Mənbənin qeydlərinə görə, A.Fərzəliyevlə şirkət arasında anlaşmazlıq yaranıb. Buna cavab olaraq icra başçısı yeri çayxana işlədən bir sahibkara verib. Tərəflər arasındakı mübahisənin detalları açıqlanmır