“Ən azı iki dəfə ucuzlaşsın” – Prezidentin sərt tənqid etdiyi AZAL-dan ictimai tələb
Məlum olduğu kimi, dünən Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında prezident İlham Əliyev də son günlər daha çox müzakirə mövzusuna çevrilən AZAL-da biletlərin qiymətlərinin bahalılığı məsələsinə də toxunub.
Bildirib ki, biletlər həddindən artıq bahadır və bu məsələ tez bir zamanda nizama salınmalıdır.
Qeyd edək ki, AZAL-dakı qiymətlərə görə, son vaxtlar vətəndaşlar Gürcüstana üz tutur və xarici ölkələrə oradan uçurlar.