AZƏRBAYCANDA 104 nəfər dərmandan ZƏHƏRLƏNDİ (VİDEO)

Azərbaycanda 104 nəfər dərmandan zəhərləndi (VİDEO)

İlin əvvəlindən indiyədək Səhiyyə Nazirliyinin kliniki tibbi mərkəzinə dərman zəhərlənmələri ilə bağlı xeyli müraciət daxil olub. Mərkəzin toksikogiya şöbəsinin müdiri Azər Maqsudovun sözlərinə görəzəhərlənmələr ağır və orta ağır dərəcədə olub.
Azər Maqsudov dərman zəhərlənmələrinin məhz vətəndaşların səhlənkarlığı ucbatından baş verdiyini deyir.
Azər Maqsudov vurğulayıb ki, dərman zəhərlənmələrini minimuma endirmək ki, dərmanlar təyin edildiyi dozada və yalnız resept əsasında qəbul edilməlidir.Mütəxəssis qeyd edib ki, hələ ki, keyfiyyətsiz dərman səbəbindən zəhərlənmə müşahidə edilməyib.
Vətəndaşların hansı dərman preparatları ilə zəhərlənməsinə də aydınlıq gətirilib.
Bununla yanaşı ilin əvvəlindən indiyə qədər müxtəlif dərman vasitələri və məhlluların qəbulundan sonra 156 nəfər allergik reaksiyalara məruz qalıblar.
 






Fikirlər