Qayınananı girov saxlayan restoran icra başçısının oğlunundur – İDDİA
“Haqqınızda yazdığınız Şabran rayonunda “Savalan” restoranı rayonun icra başçısı Novruz Novruzovun oğlu Hacı Ruslanındır”.
Bu Avrasiya.net-in ünvanına göndərilən bilgidəndir. Qeyd olunur ki, başçının oğlunun eyni adda restoranı Bakı və Sumqatıtda da var: “O gün toy sahibi restorana borclu qalanda Hacı Ruslanın özu də orda idi”.
Xatırladaq ki, Avrasiya.net xəbər vermişdi ki, avqustun 22-də Şabran rayonunda “Savalan” restoranında keçirilən kiçik toy məclisində restorana borclu qalan toy sahibinin qaynanası girov götürülüb. Avqustun 23-ü 1000 manat borc pul ödəndikdən sonra girov sahiblərinə qaytarılıb.
İcra başçısının da mövqeyini dərc etməyə hazırıq.