Xədicə İsmayıl məhkəmədə son söz dedi

Xədicə İsmayıl məhkəmədə son söz dedi Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xədicə İsmayılovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA-nın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi prosesdə Xədicə İsmayılova son söz deyib. X. İsmayılova çıxışında ona qarşı irəli sürülən ittihamlarla razılaşmadığını bildirib.

Prokuror Ramazan Hadıyev X. İsmayılovanın mahiyyəti üzrə çıxış etmədiyini, ona görə də hakimdən prosesin dayandırılmasını istəyib.
Hakimlər prosesi yarımçıq saxlayaraq müşavirəyə gediblər. Hökmün sabah elan olunacağı bildirilib.
Xatırladaq ki, dövlət ittihamçısı Ramazan Hadıyev Xədicə İsmayılovanın 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.






Fikirlər