Prokuror İntiqam Əliyevə 10 il iş istədi..

Prokuror İntiqam Əliyevə 10 il iş istədi..Aprelin 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri, hüquqşünas İntiqam Əliyevin növbəti məhkəmə prosesi keçirilib.

“Qafqazinfo”nun AzadlıqRadiosuna istinadən məlumatına görə, prosesdə dövlət ittihamçısı çıxış edib. Dövlət ittihamçısı İntiqam Əliyevə təqsirli bilindiyi maddələr üzrə 10 il həbs cəzasının verilməsini istəyib.

Növbəti proses aprelin 21-nə təyin olunub. Növbəti prosesdə müdafiə çıxışları olacaq.

İntiqam Əliyev vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz sahibkarlıq və mənimsəmə maddələri ilə ittiham olunur.






Fikirlər