Kamalə Ağazadə: “HƏMİN ŞƏXS AXTALANMALIDIR..."

Kamalə Ağazadə: “Həmin şəxs axtalanmalıdır...”

"Pedofiliya ilə bağlı cinayət məcəlləsinə dəyişiklik edilməlidir”.
Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kamalə Ağazadə Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın işgəncə ilə öldürülməsi hadisəsindən danışarkən deyib. O bildirib ki, bu cinayəti törədən şəxs axtalanmalıdır: 
"Bir uşaq belə ölməsin, bir uşaq belə təcavüzün qurbanı olmasın. Əgər bu hadisədə təcavüz faktı təsdiqlənərsə, artıq pedofiliya ilə bağlı cinayət məcəlləsində qanuna dəyişiklik edilməlidir. Ölüm cəzası belə Nərminləri qaytarmaz. Amma onların ömürlük cəmiyyətdən təcrid olunması, insan üzünə həsrət qalmasını və kimyəvi axtalanmasını istərdim”.
Qeyd edək ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb. Yanvarın 6-da saat 19:30 radələrində isə kənd sakini İlkin Süleymanov evlərindən təxminən bir kilometr aralıda Nərmin Quliyevanın meyitini tapıb. Araşdırma nəticəsində 10 yaşlı Nərmin Quliyevanın işgəncə ilə öldürülməsi, sonra isə yandırılması haqqında məlumatlar yayılıb. 
 






Fikirlər