Azərbaycanda koronavirusdan ölənin dəfn qaydası AÇIQLANDI

Koronavirusdan ölən insanların dəfni ilə bağlı heç bir məhdudiyyət yoxdur və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrində heç bir məlumat qeyd edilməyib.

 "AzerTaym.az" bildirir ki,bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bildirib.

 O əlavə edib ki, belə şəxslər ölkənin adət-ənənələrinə uyğun dəfn edilə bilərlər.

 Onun sözlərinə görə, səhiyyə işçiləri fərdi mühafizə dəstləri ilə təmin edilirlər.

ÜST-ün Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı əlavə edib ki, gələn həftə Səhiyyə Nazirliyinə növbəti fərdi mühafizə vasitələri təqdim edəcək.






Fikirlər