Koronavirusdan sağalan şəxs donor ola bilərmi? - CAVAB

Tələbələrin nədən zəhərləndiyi mütləq açıqlanmalıdır" - Professor ...

"Qalatasaray" klubunun baş məşqçisi Fatih Terim koronavirusla mübarizədən qalib ayrılıb. Belə ki, onun verdiyi sonuncu analizin nəticəsi mənfi çıxıb. 

Testdə virus simptomlarının aşkarlanmadığını deyən baş məşqçi virusun plazmafarez metodu ilə müalicəsi üçün donor olmaq istədiyini də bildirib: "Dəyərli həkimlərimiz kriteriyalara uyğun olduğumu desələr, qan verməyə hazıram. Bu yolla bir neçə insanın həyatını qurtararam. Bu isə məni xoşbəxt edər". 

Maraqlıdır, daha əvvəl COVİD-19-a yoluxan şəxsin müalicədənsonra donor olması mümkündürmü? 

Tibb elmləri doktoru, professor Adil Qeybulla Yenisabah.az-a açıqlamasında xəstəlikdən tamamilə qurtulan birinin donor ola biləcəyini, hətta bunun uğurlu təcrübə olacağını vurğulayıb: “Əks cisimlər passiv immunizasiya kimi bir xəstənin sağalmasında rol oynaya bilərlər. Əgər şəxsin başqa bir problemi yoxdursa,yəni qanda başqa viruslar mövcud deyilsə, diaqnostik kriteriyalar keçirildikdən sonra onun qanı ayrılıb plazması xəstəyə köçürülə bilər. Əslində, passiv immunizasiya tədbiri dünyada çoxdan aparılan prosesdir. Məsələn, Ümumdünya Səhiyyə Təşkilatı vaksinasiya planında da bəzi vaksin immunizasiya tədbirləri passivdir. Yəni bunlar hazır antitellərin bədənə yeridilməsidir ki, orqanizm onların hazırlanmasında iştirak eləmir.Biri də var aktiv immunizasiya, bu artıq vaksin, vaksinasiyadır. Söhbət əgər Fatih Terimin təklif elədiyi şəkildə istifadədən gedirsə, burada passiv immunizasiya nəzərdə tutulur və hesab edirəm ki, bu, ağır xəstələrin müalicəsində uğurlu bir təcrübə olar”. 






Fikirlər