“Əgər biz uşaqpulunu bərpa edə bilsək..." - Deputatdan TƏKLİF
"AzerTaym.az" report-a istinadən xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli çıxışında təklif edib ki, uşaqpulu bərpa edilsin: “Əgər biz uşaqpulunu bərpa edə bilsək, yardıma ehtiyacı olan insanların çoxunun problemini həll etmiş olarıq”. Ə.Məsimli həmçinin adına kiçik torpaq sahəsi olan şəxslərə 190 manatlıq birdəfəlik yardım verilməsini də istəyib. Deputat bundan əlavə, Azərbaycanda əlillərə verilən müavinətlərin artırılmasını da vacib sayıb.