AzTV-də əmək haqlarından tutulmalar kimin göstərişidir?

AzTV-də əmək haqlarından tutulmalar kimin göstərişidir? 

Dünyada və ölkəmizdə yayılmış məlum koronavirus pandemiyası ilə əlaqədar olaraq tətbiq edilmiş xüsusi karantin rejimində ölkə başçısı cənab İlham Əliyevin məlum sərəncamında göstərildiyi kimi, yaşı 65-dən yuxarı olan vətəndaşların işə gəlib-getmələri qadağan olunsa da, onların əmək haqları tam ödənilməlidir.

NOCOMMENT.az xəbər verir ki, redaksiyamıza daxil olan məlumata görə, ölkə başçısının bu sərəncamı AzTV-də icra olunmur. Məlumatda bildirirlir ki, mayın 18-də AzTV əməkdaşları əmək haqlarını alarkən, onun beş faizə qədər kəsildiyinin şahidi olublar.

AzTV-də bir qrup yaşı 65-dən yuxarı olan əməkdaşlara isə, ümumiyyətlə, əmək haqqı yazılmayıb. Əməkdaşlar bunun səbəbini soruşanda, mühasibatlıqdan – “sədr Rövşən Məmmədovun göstərişidir”, – deyə vurğulayıblar.

Aldığımız daha bir məlumatda isə bildirilir ki, əmək haqqının kəsilməsi Rövşən Məmmədova yaxın kadrlara şamil olunmayıb.






Fikirlər