“30 min verib qızımın meyitini xəstəxanadan təhvil aldım” - VİDEO
Bakıda xərçəng xəstəliyindən əziyyət çəkən Təbəssüm Məmmədova 18 gün əvvəl yerləşdirildiyi "Bona Dea Beynəlxalq Hospitalı"nda ağciyər çatışmazlığından vəfat edib. "AzerTaym.az" bildirir ki, ötən gün vəfat edən 22 yaşlı qızın meyiti doğmalarına təhvil verilməmişdi. Məsələ ilə bağlı sosial şəbəkələrdə videomüraciəti yayılan mərhumun anası Elnurə Məmmədova iddia edib ki, qızının meyiti xəstəxanaya borcları olduğu üçün ailəsinə təhvil verilməyib. Onun bu müraciətindən sonra gənc qızın meyiti ailə üzvlərinə verilib. Qadın 30 min ödədikdən sonra övladının meyitini təhvil aldığını bildirib. "ARB 24"-ün məsələ ilə bağlı hazırladığı sujeti təqdim edirik: