Azərbaycanda SON 24 saatda koronavirus STATİSTİKASI - 9 NƏFƏR də ÖLDÜ...

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 542 yeni yoluxma faktı qeydə alınıb, 465 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 21 916 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 13 100 nəfər müalicə olunaraq sağalıb, 274 nəfər vəfat edib, 8 542 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 355, ötən müddət ərzində isə ümumilikdə 537 230 test aparılıb. /Hit.Az






Fikirlər