Qonşu dövlətdə toy və yas mərasimlərinin keçirilməsinə İCAZƏ verildi

Gürcüstanda açıq havada toy və yas mərasimləri də daxil olmaqla sosial tədbirlərin keçirilməsinə icazə verilib.

 "AzerTaym.az" bildirir ki, bu barədə Gürcüstan Qurumlararası Kordinasiya Şurası qərar qəbul edib.

Qərarda bu cür tədbirlərdə maksimum 100 nəfərin iştirak etməsi tövsiyə edilib.

Qeyd edək ki, Gürcüstanda ötən həftədən etibarən açıq havada mədəni tədbirlərin keçirilməsinə qoyulan qadağa götürülüb.   /APA/






Fikirlər