Azərbaycanda koronavirusla bağlı günün SON STATISTIKASI

  

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 24-nə olan statistik göstəriciləri açıqlayıb.

 "AzerTaym.az" xəbər verir ki, məlumatda bu gün ərzində ölkədə koronavirusla bağlı 9 037 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 667 819 test aparılıb. Onlardan 29 312-nin cavabı pozitiv çıxıb. İndiyədək 400 nəfər COVID-19-dan dünyasını dəyişib, 21 547 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 7 365 nəfərdir. 335 nəfər reanimasiyada, 69 nəfər süni tənəffüs cihazındadır.

<ins'>

Xatırladaq ki, bu gün Azərbaycanda 332 yoluxma faktı qeydə alınıb, 9 nəfər dünyasını dəyişib, 573 pasiyent sağalıb.

 






Fikirlər