Yeddi ayda 20 min NİGAH, 8 min BOŞANMA...
Bu ilin yanvar-iyul ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 20 min 611 nikah və 8285 boşanma halları qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 3,5, boşanmaların sayı isə 1,4 olub. “AzerTaym.az" bildirir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, yeddi ay ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 947 nəfər gələn və ölkədən 397 nəfər gedən qeydə alınıb. Ölkə üzrə miqrasiya saldosu müsbət 550 nəfər təşkil edib.