Nazirliyin 26 əməkdaşı koronavirusa yoluxdu, 1 nəfər VƏFAT etdi...
“Ekologiya və Təbii Sərvətlər Nazirliyində bu günə qədər 26 nəfər kronavirusa yoluxub”. APA-nın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri Orxan Məhərrəmli qurumun "Facebook" səhifəsində yayımlanan “Ekspert saatı” verilişində deyib. O bildirib ki, onların hamısı xəstəxanada və ev şəraitində müalicəsini bitirib: “Koronavirusa yoluxanlardan bir nəfər isə dünyasını dəyişib”.