LAÇIN ZƏFƏRİ Bakıda qeyd olunur - FOTOLAR
Laçının erməni işğalından azad edilməsi Bakıda qeyd edilir. "AzerTaym.az" bildirir ki, Heydər Əliyev Mərkəzinin qarşısına toplaşan insanlar “Qarabağ Azərbaycandır!”, "Laçın azaddır!" şüarları səsləndiriblər. Daha sonra isə həm Laçın rayonunun sakinləri, həm də əraziyə yığışan digər bölgələrdən olan vətəndaşlar avtomobillərlə Şəhidlər Xiyabanına doğru qələbə yürüşü ediblər. Qeyd edək ki, Prezident İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin noyabrın 10-da imzaladıqları bəyanata əsasən Ermənistan işğal etdiyi Laçın rayonunu bu gün - dekabrın 1-i Azərbaycana qaytarır.