ARB-nin efirində TƏBİB sərt tənqid edildi - VİDEO

ARB-nin efirində TƏBİB sərt tənqid edildi

ARB kanalının “Günə doğru” verilişində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) fəaliyyəti tənqid edilib. 

“AzerTaym.az" qafqazinfo-ya istinadən xəbər verir ki, aparıcılar efirdə TƏBİB tərəfindən insanlara ətraflı məlumat verilməməsi problemini qaldıraraq qurumun mətbuat xidmətiylə əlaqə yarada bilmədiklərini vurğulayıblar. 

Aparıcılar qurum tərəfindən keçirilən brifinqlərdə əhalini maraqlandıran suallara cavab verilmədiyini bildiriblər. Həmin tədbirlərdə səslənən elmi ifadələrin sadə vətəndaşlar tərəfindən başa düşülmədiyi, çaşqınlıq yaratdığı qeyd edilib. 

Verilişdə həmçinin özəl xəstəxanalarda testlərin baha olması məsələsinə də toxunulub. Səlahiyyətli qurumdan hansı xəstəxanalarda boş yerin olması, hansı dərmanların alınmalı olduğu, hansı xəstəxanalarda pulsuz test verməyin mümkünlüyü də soruşulub.

 

 






Fikirlər