Azərbaycanda koronavirusla bağlı SON vəziyyət - STATİSTİKA

Azərbaycanda koronavirusla bağlı son vəziyyət -STATİSTİKA

Azərbaycanda koronavirusla bağlı 27 may 2020-ci il tarixinə olan statistik göstəricilər açıqlanıb.

"AzerTaym.az" bildirir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, bu gün koronavirusa görə 4325 test aparılıb. İndiyədək həyata keçirilən testlərin sayı 280 min 663-ə çatıb. Hazırda reanimasiyada olan xəstə sayı 71, süni tənəffüs cihazında olan xəstə sayı 18-dir.

Azərbaycanda indiyədək 4568 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2897 nəfər müalicə olunaraq sağalıb, 54 nəfər vəfat edib, 1617 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 49 nəfərin vəziyyəti ağır, 63 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.






Fikirlər