Partiya sədri Təhsil nazirinə səsləndi: Bizdəki təhsil haqqı daha çox

Partiya sədri Təhsil nazirinə səsləndi: Bizdəki təhsil haqqı daha çox təhsil həvəsinə qoyulan cərimədir

"2 il əvvəl qanun layihəsi hazırladıq. 40 min imza topladiq. Milli Məclisə təqdim etdik. Layihədə dedik ki, təhsil islahatı dövründə bütün ali təhsil pulsuz olsun. Əsaslandırdıq. Məsələn, göstərdik ki, Gürcüstan və Ermənistanın toplam əhalisi bizdəkindən az olsa da, orada tələbə sayı 225 min, bizdə 169 min. Göstərdik ki, əmək bazarının Gürcüstanda və Ermənistanda təxminən yarısı ali təhsillidir, bizdə isə 23 faizi. Digər hesablamalar da təqdim etdik".

"AzerTaym.az" yenisabah.az-a istinadən xəbər verir ki, bu barədə REAL Partiyasının sədri İlqar Məmmədov bildirib.

O qeyd edib ki, rəhbərlik etdiyi təşkilatın başlatdığı kampaniyanın sonunda vəziyyətdən çıxmaqdan ötrü hakimiyyət söhbəti öz adına çıxarmaq istəyib:

"Prezident İlham Əliyev sərəncam verdi. Təqaüd alan tələbələrin sayının artırılmasını əmr etdi. Artırdı da. Kampaniyamızın heç olmasa bu faydası əmələ gəldi, tələbələrə və valideyinlərə xeyir verdi, baxmayaraq ki, pulsuz ali təhsil haqda qanun layihəmiz rədd edildi. Bu gün isə təhsil naziri çıxıb deyir ki, təhsil haqqını azaltmaq olmaz. Bizdəki təhsil haqqı daha çox təhsil həvəsinə qoyulan cərimədir. Regionda ali təhsil göstəriciləri üzrə biz bu qədər geridə olarkən cərimənin yeri yoxdur. Hökumət zəhmət çəksin pul ayırsın, həvəsi olanları oxutsun. Bacarmırsa, çəkilsin, biz bacararıq".






Fikirlər