Təhsil Nazirliyi 1 milyonluq mebel alıb? - Rəsmi AÇIQLAMA...

Təhsil Nazirliyi 1 milyonluq mebel alıb? - Rəsmi açıqlama

Ötən il Təhsil Nazirliyinin aparatı üçün mebel avadanlıqlarının alınması haqqında elan etdiyi tenderin məbləği ilə bağlı müzakirələrə aydınlıq gətirilib.

 "AzerTaym.az" yenisabah-a istinadən bildirir ki, nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov özünün sosial şəbəkə hesabında bunları qeyd edib:

“Bir sıra media istifadəçiləri təəssüflər olsun ki, 2020-ci ildə Təhsil Nazirliyinə alınan mebel avadanlıqlarının məbləği ilə bağlı həqiqətə uyğun olmayan böhtan xarakterli məlumatları səsləndirirlər. Bununla bağlı vaxtilə sosial mediada yer alan yanlış sualları cavablandırmışıq. Eyni zamanda bu yalan və böhtan xarakterli məlumatlar hələ də tirajlanır. Cəmiyyətdə bu tip yalan məlumatların qəsdən yayılması və ictimai diqqətin yanlış istiqamətə yönəldilməsi təəssüf doğurur. Bir daha xatırlatmaq istərdik ki, 2020- ci ildə Təhsil Nazirliyinin Aparatının mebel alışı xərcləri 16 109.04 ( 16 min 109 manat 4 qəpik) təşkil edib”.

Qeyd edək ki, sosial şəbəkələrdə mebel avadanlığının alınması üçün   elan edilmiş tenderin 1 milyon manat həcmində olması ilə bağlı məlumatlar paylaşılır.






Fikirlər