Rusiya səfirliyinin qarşısında etiraz - "Qarabağdan əlini çək!" şüarı səsləndirildi + FOTOLAR
Bu gün Bakıda Rusiya səfirliyinin qarşısında ertiraz aksiyası keçirilib. "AzPolitika.info" xəbər verir ki, Müsavat Partiyası fəallarının keçirdiyi piketdə Rusiyanın Qarabağdakı hərbi qüvvələrinin mandatına aid olmayan fəaliyyətinə etiraz ifadə olunub, "Xankəndi Azərbaycandır", "Xocalı Azərbaycandır", "Qarabağdan əlini çək!" və başqa şüarlar səsləndirilib. Aksiya iştirakçıları həmçinin Qarabağ müharibəsində "İsgəndər - M" raketlərindən istifadə edilməsi ilə bağlı da izahat tələb ediblər. Sonda piketin qətnaməsi Azərbaycan və rus dillərində ictimaiyyətin diqqətinə çatdırılıb. Polis aksiyanı müşahidə etsə də ona müdaxilə etməyib.