ERMƏNİSTAN- AZƏRBAYCAN SƏRHƏDİNDƏ ATIŞMA DAVAM EDİR - Müdafiə Nazirliyi

Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər sahəsində atışma hazırda da davam edir.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildiriblər.

Qeyd olunub ki, Azərbaycan Ordusun bölmələri cavab atəşi ilə qarşı tərəfi susdurur.

Xatırladaq ki, atışma nəticəsində Azərbaycan ordusunun bir giziri şəhid olub. Ermənistan Müdafiə Nazirliyi “üç əsgərinin yüngül yaralandığını” bildirir.






Fikirlər