Ramin Bayramlı xəstəxana rəhbərlərinə tapşırıqlar verib
İdarə Heyətinin sədri Ramin Bayramlı COVID-19 virusuna yoluxmuş şəxslərin müalicəsi üçün ayrılmış xəstəxanalarda aparılan müalicə işi ilə bağlı növbəti onlayn görüş keçirib. TƏBİB-dən "Report"a verilən məlumata görə, görüşdə TƏBİB-in müavifiq struktur bölmə rəhbərləri və əməkdaşları, virusla mübarizə tədbirlərinə cəlb edilmiş xəstəxanaların rəhbərləri iştirak edib. Çıxış edən İdarə Heyətinin sədri tətbiq edilən müalicə prosesinin effektivliyi, xidmət keyfiyyətinin yaxşılaşdırılması barədə danışaraq bu istiqamətdə tapşırıq və tövsiyələrini verib. Daha sonra xəstəxana rəhbərlərinin mövcud vəziyyətdə müalicə işinin aparılması ilə bağlı fikirləri dinlənilib.