Polis malları yanan sahibkarın oğlunu saxladı, insanlar etiraz etdi - VİDEO
Xəbər verdiyimiz kimi, bu gün "Metro City" Ticarət Mərkəzinda yanğın başlayıb.
Yanğın nəticəsində malları yanan sahibkarlar və onların yaxınları yanan ərazidən mallarını çıxarmağa çalışır.
Hadisə yerindən video yayılıb. Hadisə şahidlərinin sözlərinə görə, polislər malları yanan sahibkarın oğlunu saxlayaraq polis maşınına mindirməyə çalışırlar.
Polislərin gənc oğlanı saxlamasına ətrafda olan insanlar etiraz edir.
Həmin anların görüntülərini təqdim edirik: (Yeniavaz.com)