Qobuda şəhid Əli Əliyevin il mərasimi keçirildi - FOTOLAR
Vətən müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərə atılaraq qəhrəmancasına döyüşən, öz canını vətəninə qurban verən əsgər Əliyev Əli Ələsgər oğlunun il mərasimi keçirilib. AzerTaym.az bildirir ki, Qobu qəsəbəsində keçirilən il mərasimində Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, Dövlət Təhlükəsizliyi Xidmətinin Abşeron Rayon Şöbəsinin rəisi Ruslan Rəhimov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinin rəisi, polkovnik Hüseyn Quliyev, Abşeron rayon prokuroru Qabil Qasımov, Abşeron rayon Mühafizə Polisi İdarəsinin rəisi Arif Məmmədov, Abşeron Polis İdarəsi rəisinin köməkçisi Elnur Zeynalov, şəhid ailələri, qazilər, gənclər və rayon ictimaiyyəti iştirak edib. Şəhid Əli Əliyevin əvvəllər yaşadığı Qobu qəsəbəsinə gedilərək ailə üzvləri ilə görüşülüb. Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhidimizin keçdiyi döyüş yolundan danışılıb, göstərdiyi şücaət və qəhrəmanlıqlardan söz açılıb. Ruhuna dualar oxunub. RİH başçısı İ.Gülməmmədova şəhidimizin ailə üzvlərinin qayğıları, problemləri ilə maraqlanıblar. Allah bütün şəhidlərimizə rəhmət eləsin.